Nazir: 5 ildə bir məqalə belə yazmayanı alim saymıram

saytların hazırlanması

Evə çatdırılma

Nazir: 5 ildə bir məqalə belə yazmayanı alim saymıram

Sosial

27 May 2024 11:30 435


Beş il heç bir məqalə yazmayana alim kimi baxmıram.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kimsə özünü elm adamı kimi təqdim edəndə, ilk işi data bazaya girib həmin şəxsin yazdıqlarına baxmasıdır: pizza sifarişi

"Görəndə ki adam həmin müddətdə heç nə yazmayıb, səmimi olaraq beş il heç nə yazmayıbsa, ona alim kimi baxmıram. Davranış belə də olmalıdır. Hamı bir-birinə belə baxanda, davranışlarımız əsaslı şəkildə dəyişəcək. Alim olmaq elmlə məşğul olmaq, yazmaq deməkdir. Başqa insanların da bu məqalələrdən yararlanması yazılan işin keyfiyyətini müəyyən edir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!