Nazir məktəb direktorları ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Nazir məktəb direktorları ilə görüşdü

Sosial

25 Yanvar 2022 16:57 1206


Yanvarın 24-də təhsil naziri Emin Əmrullayev Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad, Saatlı, İmişli və Beyləqan rayon təhsil şöbə müdirləri və müdir müavinləri ilə görüşüb.

Bu barədə Yenisabah.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qeyd edilən bölgələr üzrə şagird sayı 200-dən çox olan məktəblərin direktorları da iştirak edib. Toyuqlu pizza

Görüş zamanı sözügedən bölgələrdə təhsil sahəsinin mövcud problemləri və həlli istiqamətində fikirlər səsləndirilib, təhsilin keyfiyyətinin artırılması, bu istiqamətdə görülən işlər və gələcək planlar müzakirə olunub. 

Sonda yerli təhsili idarəetmə qurumlarına müvafiq tapşırıqlar verilib və suallar cavablandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!