Nazir müavini erməni əsirliyində qalmış qazimizin toyunda

saytların hazırlanması

Evə çatdırılma

Nazir müavini erməni əsirliyində qalmış qazimizin toyunda

Sosial

21 İyun 2022 08:39 1267


Ötən axşam Bakıda restoranlardan birində Vətən müharibəsi qazisi, 2-ci dərəcəli müharibə əlili Mobil Əhmədzadənin toy mərasimi keçirilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, toya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev də qatılıb. Nazir müavini toyda bəylə birgə rəqs edərək, ona xoşbəxtlik arzulayıb. 

Qeyd edək ki, Mobil Əhmədzadə 44 günlük Vətən müharibəsinin sonuncu günü Şuşa uğrunda gedən döyüşlərdə ermənilər tərəfindən yaralı halda əsir götürülüb, 35 gün əsirlikdə saxlanılıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!