Nazir Mübariz Qurbanlının qardaşı oğluna vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Nazir Mübariz Qurbanlının qardaşı oğluna vəzifə verdi

Maraqlı

26 Yanvar 2022 14:43 1091


Samux Rayon Polis Şöbəsinə (RPŞ) xidmət üzrə rəis müavini təyin edilib.

Yenisabah.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Emin Qurbanov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinata qədər Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin rəisi vəzifəsində çalışıb. Marqarita pizza

Xatırladaq ki, E.Qurbanov Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşı oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!