Bölgədə müharibə tonqalı qalansa, onun tüstüsü müharibəni qızışdıranların gözünə girəcək.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
Onun sözlərinə görə, Qəzza böhranın həlli üçün BMT-yə xüsusi plan təqdim olunub: "Bu plan İsrail rejiminin Fələstinə qarşı hərbi cinayətləri və hərbi hücumlarının dərhal dayandırılması, həmçinin, təcili və geniş şəkildə humanitar yardımların göndərilməsi zərurətinə yönəlib. İslam ölkələri arasında üç əsas komponent çərçivəsində baş katiblə konsensusumuz var". Dominos pizza
Abdullahia qeyd edib ki, BMT baş katibi Antoniu Qutterişin Şənbə günündən etibarən bölgəyə səfəri planlaşdırılır.
Telegram kanalımız