Nazir Ramiz Zeynalovun bacısı oğlunu işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Nazir Ramiz Zeynalovun bacısı oğlunu işdən çıxardı

Sosial

08 Oktyabr 2021 09:49 2157


Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

“Yeni Sabah” Unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb. Toyuqlu pizza

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!