Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də Tovuz şəhərində vətəndaşları qəbul edəcək.
“Yeni Sabah xəbər verir ki, görüş saat 11:00-da Heydər Əliyev Mərkəzində (Məşədi Əzizbəyov küçəsi, 1) baş tutacaq.
Nazir Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Dördpendirli pizza
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Telegram kanalımız