Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli iyulun sonunda Pekinə planlaşdırılan səfərini təxirə salıb.
Yenisabah.az “Bloomberg” istinadla xəbər verir ki, buna səbəb Çinin XİN başçısının 1 aydır ki, gözdən itməsidir.
Agentliyin üç həmsöhbəti səfərin təxirə salınmasını iyunun sonundan ictimaiyyət arasında görünməyən Çinin xarici işlər naziri Qinq Qanqın yoxa çıxması ilə əlaqələndirir. Kleverlinin səfəri təxirə salmasının əsas səbəbi də bu olub. Toyuqlu pizza
Nəşr xatırladıb ki, britaniyalı nazir bu ayın sonunda Baş nazir Rişi Sunakın iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq səyləri çərçivəsində Pekinə səfər etməyi planlaşdırıb.
İyunun 25-də şri-lankalı və vyetnamlı həmkarları ilə görüşdən sonra Qinq Qanqdan xəbər yoxdur. Bundan sonra Çin Xarici İşlər Nazirliyinin saytında nazirin fəaliyyəti ilə bağlı mesajlar yer almayıb.
Qeyd edək ki, iyulun 10-da Aİ diplomatiyasının rəhbəri Cozep Borrel Çinə gəlməli idi, lakin onun da səfəri ləğv edilib. Borelin mətbuat xidməti bildirib ki, Pekin Avropa rəsmisini nəzərdə tutulan vaxt ərzində qəbul etməyin mümkünsüzlüyünü bildirib. Səbəb Aİ-nin ali nümayəndəsinin səfərinin ləğvindən sonra qeyd olunmayıb.
Nüfuzlu “Politico” nəşri isə Qinq Qanqın mümkün sağlamlıq problemləri haqqında məqalə ilə çıxış etsə də, Çin Xarici İşlər Nazirliyi belə bir məlumata malik olmadıqlarına aydınlıq gətirib.
Buna baxmayaraq, nəşr əlavə təfərrüatlar vermədən Qinq Qanqın fiziki vəziyyətinə görə Cənub-Şərqi Asiya Ölkələri Birliyinin xarici işlər nazirlərinin İndoneziyada keçiriləcək iclasını buraxacağını açıqlayıb.
Qərb mətbuatının iddiasına görə isə Çinin XİN başçısı qeyri-qanuni nikahdan övladı üzə çıxdığı üçün siyasi karyerasını dayandırıb. Qeyd edək ki, bu, Çində qadağandır.
Telegram kanalımız