Nazirlərə gülləli təhdid məktubu göndərildi

Nazirlərə gülləli təhdid məktubu göndərildi
Sent 11, 2019 19:37
Oxunma sayı: 292

Fransanın ictimai fəaliyyət və hesablaşmalar naziri Jerald Darmanin və iqtisadiyyat naziri Bruno le Merin ünvanına naməlum şəxslər hədələyici məktublar göndərib.

"Yeni Sabah" Rusiya KİV-nə istinadən xəbər verir ki, bildirir ki, naməlum şəxslər tərəfindən göndərilən məktubun içinə güllə qoyulub. Həmçinin, ölüm təhdidləri yazılıb.

Xəbərdə bildirilir ki, B. Mer artıq üçüncü dəfədir oxşar məzmunlu məktub aldığını söyləyib. O, 24-27 avqust tarixlərində keçirilmiş G-7 sammiti zamanı ona məxsus bağ evini “havaya uçurması” hədəsi ilə yazılan  ilk məktubun Bayon şəhər polisinə göndərildiyini, ikincisinin isə bilavasitə şəxsən özünə qarşı təhdidlər yazılaraq iqamətgana gəldiyini qeyd edib.

Qeyd edək ki, ötən gün yenidən təhdid olunan nazir məktubun içinə üç güllə qoyulduğunu bildirib. Bunlardan ikisinin ona, digərinin isə J.Darmaninə “hədiyyə” edildiyini əlavə edib.

Yenisabah.az