Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi müvafiq malların alınması ilə bağlı müqavilə bağlayıb.
“Yeni Sabah” xəbər verir ki, agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün diaqnostikumların satın alınması üzrə işlər “BAYRAMLI GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılıb. Şirkətə isə ümumilikdə 251 611,67 AZN ödəniləcək.
Qeyd edək ki, sözügedən şirkət 2018-ci ildə təsis edilib və nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin rəhbəri isə Sevda Süleymanovadır . Dördpendirli pizza
Telegram kanalımız