Nazirlik söz verdi: Direktorun işi araşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik söz verdi: Direktorun işi araşdırılacaq

Sosial

06 Aprel 2023 17:49 935


"R.Behbudov adına 2 nömrəli 11 illik Musiqi Məktəbinin direktoru Səadət Eminova Seyfulla qızının qanunsuz hərəkətləri ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

S.Eminova 2022-ci il sentyabrın 15-də 11 illik Musiqi Məktəbinə direktor vəzifəsinə təyin edilib: Dördpendirli pizza

"Uşaq musiqi və incəsənət məktəblərində mühafizəçi ştatı mövcud deyil. 2022/2023-cü tədris ilində nağara sinfinə şagird qəbulu zamanı müraciətin olmaması səbəbindən hazırda məktəbdə nağara sinfi fəaliyyət göstərmir. Eyni zamanda bildiririk ki, direktorun qanunsuz hərəkətləri, o cümlədən müəllimlərin işə gəlməmələrinə şərait yaradılması, habelə maliyyə pozuntuları ilə bağlı konkret faktlar barədə müraciətlər daxil olduqda müvafiq araşdırmalar aparılacaq".

Xatırladaq ki, bəzi valideynlər sosial şəbəkələrdə musiqi məktəbində direktorun vəzifəsindən sui-istifadə etməsi ilə bağlı iddialar səsləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!