Tanınmış plastik cərrah Mübariz Məmmədlinin sertifikasiya Səhiyyə Nazirliyi tərəfindən ləğv olunub.
"Yeni Sabah" Xitab24.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət yaradılmış Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən ona plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən 2020-ci il tarixli sertifikasiya şəhadətnaməsinin əsaslılığı təsdiq olunmayıb.
Bu səbəbdən Səhiyyə Nazirliyinin müvafiq əmri ilə M.Məmmədlinin sertifikasiya şəhadətnaməsi ləğv olunub. pizza
Qərardan narazı qalan Mübariz Məmmədli aktın ləğvi üçün məhkəməyə müraciət edib. Səhiyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Mübariz Məmmədlinin plastik cərrah kimi ixtisas üzrə kursdan keçmədən sertifikasiya imtahanına buraxılıb və ona sertifikasiya şəhadətnaməsi verilib. Onun qeyd edilən ali ixtisaslı tibb təhsilinə malik olmaması işin mübahisəsiz haldır.
Məhkəmə instansiyaları M.Məmmədlinin Səhiyyə Nazirliyinin qərarının ləğvinə dair iddiasını təmin etməyib.
Qeyd edək ki, bu yaxınlarda M.Məmmədli ilə bağlı daha bir məhkəmə prosesi başa çatmışdı. O, “İnternational Medical Centre-Bakı”ya məxsus “Baku Medical Plaza”da etdiyi qüsurlu əməliyyata görə pasiyent Z.Məmmədovaya 15000 manat ödəməli olmuşdu.
Telegram kanalımız