Nazirliyin keçmiş əməkdaşına dələduzluq maddəsi ilə cinayət işi başlandı 

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin keçmiş əməkdaşına dələduzluq maddəsi ilə cinayət işi başlandı 

Kriminal

25 Aprel 2020 14:32 2210


Mədəniyyət Nazirliyinin keçmiş əməkdaşına qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Həşimov Rəşadət Həşim oğlunun məhkəmə prosesi Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayevin sədrliyi ilə keçirilib. 

Xatırladaq ki, 33 yaşlı Həşimov Rəşadət Həşim oğlu Mədəniyyət və İncəsənət Universitetinin Dram kino aktyorluq fakultəsini bitirib. İrəvan Dövlət Dram teatrında aktyor vəzifəsində çalışıb.Universiteti bitirdikdən sonra 2009-cu ilin sentyabr ayında Bakı Şəhər Mədəniyyət və Turizm idarəsində menecer daha sonra məsləhətçi vəzifəsində çalışıb. 2010 cu ilin mart ayında H.Sarabski adına mədəniyyət mərkəzinin direktor vəzifəsində çalışmağa başlayıb.  pizza

2014 cü ilin sentyabr ayında isə Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Mədəniyyət təbdirlərin təşkili və yaradıcı gənclər iş üzrə mərkəzində direktor vəzifəsi verilib. 2016-cı ildə isə tutduğu vəzifədən azad olunub. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!