Xalq artisti Nazpəri Dostəliyeva oğlunun ölümündən sonra ilk dəfə efirə çıxıb.
Yenisabah.az xəbər verir ki, ATV telekanalında yayımlanan “1 dəqiqə” proqramında qonaq olan sənətçi vaxtilə qalmaqal yaşadığı mərhum Xalq artisti İlhamə Quliyeva barəsində danışıb.
O, İlhamə Quliyevanın onu televiziyalardan uzaqlaşdırdığını deyib. Pepperoni pizza
Sənətçi 3 il el şənliklərindən də kənarlaşdığını etiraf edib.
Nazpəri Dostəliyeva illər sonra mərhum həmkarını bağışladığını deyib:
“Bağışlamışam. Ölümündən sonra yuxularıma girib deyirdi ki, “Nazpəri, mənə halallıq ver”. Necə bağışlamaya bilərəm? Allah ona rəhmət eləsin”.
Qeyd edək ki,İlhamə Quliyeva həmkarının onu efirdə parodiya etməsinə qəzəblənib və Dostəliyevadan məhkəməyə şikayət vermişdi.
Mərhum sənətçi iddia ərizəsində şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna xələl gətirildiyini bildirmişdi.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız