Nazpərinin bacısı danışdı: “Yatmışdı, oyatmaq istəyəndə gördük keçinib”

saytların hazırlanması

Evə çatdırılma

Nazpərinin bacısı danışdı: “Yatmışdı, oyatmaq istəyəndə gördük keçinib”

Şou

23 Mart 2021 15:26 1076


Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva “Elgizlə izlə” proqramına telefonla bağlanıb.

Yenisabah.az xəbər verir ki, o, bacısı oğlunun vəfatından danışıb. Bildirib ki, bayramı qeyd etmək üçün hamısı Nazpərinin evinə yığışıb:

“Oturmuşduq, Əlinin ürək döyüntüsü sürətlənmişdi. Dedi, ürəyim bərk döyünür. Zarafat etdim ki, bəs ürək döyünməsə, insan yaşamaz. Bayram plovu hazırlamışdıq, hamı yığılmışdı. Dedi, siz yeyin, uzanacam. Əvvəl təzyiqi qalxmışdı, ölçdük ki, o da normaldı. Getdi uzandı. Getdim ki, oyadım, gördüm keçinib. Elə yuxuda da dünyasını dəyişib. Heç təsəvvür etməzdik ki, ölə bilər”. Pepperoni pizza

Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var. Sənətçinin hər iki oğlu ailəlidir, onların hərəsinin iki övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!