Prodüser Təranə Səmədova son günlər hamiləliyi ilə gündəmə gəlməsi barədə danışıb.
Yenisabah.az xəbər verir ki, Nail Naiboğlunun "Stop" layihəsində qonaq olan Təranə sualları cavablayıb:
"Tanınmışlardan çoxu övlad dünyaya gətirən kimi, başlayırlar kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə nikahım var. Tənha anayam. Həyatda bir anam, bir övladım, bir də özüm idim. Anamı itirəndən sonra gördüm ki, tək övlad olmaq çətindir. Marqarita pizza
Onun ilini verdikdən sonra uşaq istəyirdim. Amma gələn təklifdən imtina etmək istəmədim. Təklif qüvvədən düşə bilərdi. Əslində, iki oğul, bir qız olsun istəyirdim. Mədəkiçiltmə əməliyyatı keçirdiyim üçün dedilər ki, iki uşaq alınmır. Mayalanmada isə oğlan yox, qız tutdu. Əsas odur Suelim (qızı - red.) tək qalmayacaq, bilmək olmaz ömrüm hara qədərdir".
Verilişin sözügedən hissəsini 21-ci dəqiqədən etibarən izləyə bilərsiniz:
Telegram kanalımız