16 Avqust - 11:54
“Nə oldu, Binədəki hadisəyə  İngiltərədə reaksiya verilir?!” - Anar Qafarov

“Nə oldu, Binədəki hadisəyə  İngiltərədə reaksiya verilir?!” - Anar Qafarov

Hadisə

05 Avqust 2022 18:30 1014


“Nazirlik Binədəki hadisəyə açıqlama verib. Londondakı hadisə də siyasi məsələdir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib.

“Qapıya yazılan hər hansı dini şüar cinayət və ya inzibati məsuliyyətə səbəb ola bilərmi”, "Polis əməkdaşlarının bu yazını silmək səlahiyyəti varmı?” suallarına Anar Qafarov belə cavab verib:

“Nazirlik Binədəki hadisəylə bağlı açıqlama verib. Londondakı hadisə siyasi məsələdir. Bununla bağlı artıq nəsə deyə bilmərəm. 1992-ci ildə Xocalı və ya 20 Yanvar hadisələrinə Londonda hər hansı reaksiyalar verilib?! Nə oldu, Binədəki hadisəyə İngiltərədə reaksiya verilir?!”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!