Türkiyəli aktyor Necati Şaşmaz Nagehandan boşanmaq üçün 10 milyon lirə təzminat istəyib.
“Yeni Sabah” xəbər verir ki, aktyor 5 milyon lirə mənəvi, 5 milyon lirə maddi təzminat, o cümlədən iki övladının qəyyumluğunu istəyib.
Həmçinin cütlüyün ayrılmasının səbəbləri ilə bağlı bəzi məqamlar da açıqlanıb. Belə ki, Necati Şaşmazın vəkili məhkəməyə təqdim etdiyi şikayət ərizəsində Nagehanın evliliyini ağır hərəkətlərlə sarsıtdığını qeyd edib. pizza sifarişi
Almaniya vətəndaşı olan Nagehanın uşaqları özü ilə xaricə aparmasına da qadağa qoyulması tələb edilib. Aktyor həyat yoldaşının övladlarını ondan qaçırdacağını güman edir.
Qeyd edək ki, Necati Şaşmaz 2012-ci ildə Nagehanla ailə həyatı qurub.
Telegram kanalımız