"Bir mahnı var, müğənni deyir ki, "bazardan eşq alacam". Nəsə belə sözlər var. Nə bilim, deyir "bazara gedib eşq satacam". Belə şey olur?!"
Yenisabah.az bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu sözləri İlkin Əhmədov "Ay Zaur" verilişində deyib.
O, ad çəkmədən həmkarı Nəfəsin bostanına daş atıb: pizza mizza
"Bu qədər bayağılıq olmaq. Ümumiyyətlə, mahnı özü zəifdir, mahnı özü bayağıdır. Ola bilər ki, o mahnı səviyyəcə bizim ölkədən aşağı olan ölkələrdə səslənsin. Amma o mahnılar ölkəmizin səviyyəsinə uyğun mahnılar deyil".
İlkin Əhmədovun dediyi sözlər müğənni Günel Məmmədlinin (Nəfəs) ifa etdiyi "Tükənmişəm" mahnısının bir hissəsidir. Mahnıda "Getməyəcəm eşq satılan bazarlara, oturmaram eşqə gedən qatarlara" deyə cümlə təkrarlanır.
Telegram kanalımız