2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 11 milyard 111,9 milyon manat məbləğində investisiya yönəldilib.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,7 faiz çoxdur.
Hesabat dövründə neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi real ifadədə 33,6 faiz artaraq 3 milyard 708,6 milyon manat, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 1,9 faiz artaraq 7 milyard 403,3 milyon manat olub. pizza sifarişi
Əsas kapitala yönəldilən investisiyaların 6 milyard 6,6 milyon manatı məhsul istehsalı sahələrinin, 3 milyard 521 milyon manatı xidmət sahələrinin payına düşüb. Məhsul istehsalı sahələrinə investisiyalar real ifadədə 17,3 faiz, xidmət sahələrinə investisiyalar isə 4 faiz artıb.
Yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi də real ifadədə 3,4 faiz artaraq 1 milyard 584,3 milyon manat təşkil edib.
Aytac Əliyeva
Telegram kanalımız