“Neftçi“ qapısından 2 top buraxaraq “Spartak“a uduzdu

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ qapısından 2 top buraxaraq “Spartak“a uduzdu

İdman

18 İyul 2023 23:46 1616


"Neftçi" Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, komanda Moskva "Spartak"ı ilə qarşılaşıb. Oyun Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları Meleşin (35) və Promes (37) vurub. pizza mizza

"Neftçi" iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.

Xatırladaq ki, "Neftçi" Sankt-Peterburqda iştirak etdiyi “Kubok PARI Premyer” turniri çərçivəsində "Fənərbaxça"ya 0:1, "Srvena Zvezda"ya 0:4, "Zenit"ə 1:3 hesabı ilə uduzub.eyd edək ki, yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!