Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə Azərbaycanda məktəblərdə hicabla bağlı müzakirələrə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, bəzi məktəblərdə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı müzakirələr davam edərkən, aktrisa sosial şəbəkələrdə yayılan paylaşımın altına şərh yazıb.
Paylaşımda dövlətin türk milli kimliyinə zidd hesab edilən ərəb-fars dəyərlərinin yayılmasına qarşı çıxacağı bildirilib. Mətndə milli dəyərlərin qorunmasının vacibliyi vurğulanıb. Sezar pizza
Nəsrin Cavadzadə həmin paylaşımın altına alov, Azərbaycan bayrağı və qırmızı ürək emojiləri əlavə edib. Bu addım aktrisanın məktəblərdə hicabla bağlı qadağaya dəstəyi kimi qiymətləndirilib.
Aydan Hacı
Telegram kanalımız