İsrail Baş naziri Benyamin Netanyahunun Nyu-York səfəri zamanı qalmasının gözlənildiyi otelin yaxınlığında üç nəfərin kanalizasiya sistemindən çıxdığı anlar təhlükəsizlik kamerasına düşüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə sentyabrın 23-də səhər saatlarında Manhettenin Upper East Side ərazisində, Park Avenue ilə East 61st Street yaxınlığında baş verib.
Nyu-York polisi saat 04:35 radələrində əraziyə daxil olan üç nəfərin kanalizasiyadan çıxdığı barədə məlumat alıb. Onlar daha sonra iki ayrı avtomobilə minərək Park Avenue istiqamətində ərazidən uzaqlaşıblar. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb və araşdırma davam edir. Dördpendirli pizza
Hadisənin baş verdiyi ərazi Netanyahunun qalmasının gözlənildiyi oteldən təxminən bir blok məsafədə yerləşir. Buna baxmayaraq, polis həmin şəxslərin İsrail Baş naziri və ya BMT Baş Assambleyası ilə əlaqəli olduğuna dair hər hansı sübutun olmadığını açıqlayıb.
NYPD son aylarda Nyu-Yorkun müxtəlif ərazilərində insanların kanalizasiya sisteminə daxil olması ilə bağlı oxşar hadisələrin qeydə alındığını bildirib. Polis onların yeraltı sistemdə itirilmiş əşyalar və metal axtardıqlarını ehtimal edir.
BMT Baş Assambleyası ilə əlaqədar şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda NYPD federal qurumlarla birlikdə ərazidə əlavə təhlükəsizlik yoxlamaları aparacaq.
Aydan Hacı
Telegram kanalımız