“Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil” - Nazirə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Nəyisə kəsdirib harasa yamamaq düzgün deyil” - Nazirə dəstək

Şou

13 Dekabr 2024 12:51 518


“Estetik əməliyyatlar barədə münasibət bildirmək istəməyən adam varsa, o da mənəm. Belə şeylərə qarışmıram. Özləri bilərlər. Necə istəyirlərsə, elə də etsinlər. Həqiqətən də, kiminsə görmə, iybilmə qabiliyyətində maneə, problem varsa, əməliyyat etdirmələri normaldır. Amma mən əvvəldən estetik əməliyyatla kiçiltmə, böyütmə - bunların əleyhinəyəm. Yenə də hər kəs özü bilər”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Afaq Bəşirqızı deyib.

O, səhiyyə naziri Teymur Musayevin estetik əməliyyatlarla bağlı çağırışına münasibət bildirib: Sezar pizza

“Səliqə-səhman başqa şeydir. Qadın həmişə özünə baxmalıdır. İctimaiyyət arasında olan qadın hər zaman özünə fikir verməlidir. Mənim fikrimcə, nəyisə kəsdirib harasa yamamaq, nəyisə götürüb harasa qoymaq isə bir az düzgün deyil. İlahinin yaratdığı gözəlliyi heç bir estetik əməliyyat əvəz edə bilməz”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!