Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı - Foto

Dünya

29 May 2023 09:22 989


Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

"Report"un ABŞ bürosu xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının üç rənginə (mavi, qırmızı və yaşıl) boyanıb.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş mərasim Birləşmiş Ştatların Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub. Azərbaycan bayraqları ilə şəlalənin ətrafına dövrə vuran həmvətənlərimiz yallı sədaları altında rəqs ediblər. Dominos pizza

Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistin və yerli sakinlərin diqqətini çəkib. Onlar şəlalənin füsünkar görüntüsünün fonunda foto çəkdiriblər. ACMA-nın üzvləri ziyarətçilərə Azərbaycanın Müstəqillik Günü barəsində məlumat veriblər.

Qeyd edək ki, Niaqara şəlaləsi ABŞ vaxtı ilə səhər saatlarına qədər Azərbaycanın dövlət bayrağının parlaq rəngləri ilə işıqlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!