Кəqqas Nicat Azadlı avtomobildə arvadına qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı görüntüyə aydınlıq gətirib.
"Yeni Sabah" Qaynarinfo-ya istinadla xəbər verir ki, o, videoya dair bildirib:
"Keçmiş xanımım bunu pula görə etdi. Mənə qarşı tələ qurub. Faktlar var, "istədiyim pulu verməsən bunu sosial şəbəkədə paylaşacam" deyirdi. Bu məsələ uzun zamandır ki, aramızda gedir. Bir uşağımız var, aliment kəsilib. Heç bir narahatçılığımız yoxdur. Uşaq onda qalıb, alimentini də hər ay alır". pizza hut
N.Azadlı bildirib ki, tələb edilən pul başqa məqsədlər üçündür:
"Deyir ayrılmışam, özümə diplom alacam, işləməliyəm. Hamısı pul tələsidir. Ailəsi ilə yaşayır, mənim evim yoxdur, kirayədə yaşayıram. Bundan sonra hansı addım atacağamsa, onunla bağlı səhifəmdə paylaşım edəcəm"
Xatırladaq ki, sosial şəbəkədə tanınmış rəqqas Nicat Azadlının avtomobildə keçmiş arvadına qarşı qeyri-etik hərəkət etməsi ilə bağlı video yayılıb. Qadın onun bu hərəkətinə görə keçmiş ərindən şikayət edib.
Telegram kanalımız