Niderland Ukrayna üçün PUA və HHM vasitələrinə 500 milyon avro ayırır

saytların hazırlanması

Evə çatdırılma

Niderland Ukrayna üçün PUA və HHM vasitələrinə 500 milyon avro ayırır

Dünya

17 İyun 2026 19:34 240


Niderland hökuməti Ukrayna üçün ümumi məbləği 500 milyon avro olan pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) vasitələri almağı öhdəsinə götürüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bu vəsaitin yarısı PURL proqramı vasitəsilə ayrılacaq. pizza

Niderland özünün müdafiə şirkətlərindən 250 milyon avro məbləğində dronlar alacaq. Qalan 250 milyon avro isə Ukraynaya ABŞ istehsalı olan silahların tədarükü üzrə PURL təşəbbüsü çərçivəsində istifadə olunacaq.

Yeni öhdəliklə Niderlandın bu təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatır. Proqram çərçivəsində Kiyevə hava hücumundan müdafiə üçün avadanlıq və raketlər, həmçinin "F16" qırıcıları və digər sistemlər üçün döyüş sursatları tədarük edilir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!