Nigar Camal: “Geyimlərin qiyməti ilə öyünənlər çirkin görünürlər“

saytların hazırlanması

Evə çatdırılma

Nigar Camal: “Geyimlərin qiyməti ilə öyünənlər çirkin görünürlər“

Şou

11 Aprel 2023 17:04 1173


"Bütün xanımlar kimi mən də gözəlliyimə və görünüşümə baxmağı çox sevirəm. Geyim xanım üçün çox önəmlidir. Arıq və formada olan qadınlar hər zaman gənc görünür. Xanımlar özlərinə qulluq etməlidirlər. Bəzən qadınlar baxım məsələlərini pula bağlayıb, problem edirlər".

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Nigar Camal deyib. 

O əlavə edib: "Amma biz internet dövründə yaşayırıq, "Google" və "YouTube"da baxımla bağlı o qədər gözəl məsləhətlər var ki... Onlardan heç olmasa səhər və axşam yararlansalar, dəriləri təravətli və cavan qalar".  pizza hut

Geyimlərinin qiymətindən və markasından danışmağı sevməyən estrada ulduzu bildirib ki, bundan sonrada səhnə obrazını dəyişmək niyyətində deyil: 

"Sevmirəm geyimlərimin qiymətini açıqlayım və bununla gündəmə gəlim. Bu düzgün deyil. Hansı geyimi sevirəmsə onu da alıb, geyinirəm. Mənim üçün həmin geyimin marka və ya qiymətinin yüksək olub-olmaması önəmli deyil. Əsas odur ki, yaraşsın. Geyimlərin qiyməti və markası ilə öyünənlər kənardan çirkin görsənirlər.

Bir-iki dəfə stilistlərlə işlədim. Onlar tərzimi dəyişməyə çalışdılar. Amma mənim artıq bir obrazım var və səhnə imicimdən də kənar çıxmaq xoşlamıram. Koordinal dəyişimləri də sevmirəm.  Necə varamsa elə də qalım". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!