Nigar Camalla Aygün Bəylər şəhidlər üçün bir araya gəldi  - Video
20 Yan 2021 13:25
297

Nigar Camalla Aygün Bəylər şəhidlər üçün bir araya gəldi - Video

“Eurovision 2011" qalibimiz  Nigar Camal və Əməkdar artist Aygün Bəylər yenidən bir araya gəliblər.

Yenisabah.az xəbər verir ki, artıq ikinci dəfədir duet oxuyan sənətçilər bu dəfə şəhidlər üçün bir araya gəliblər.

Onların ifa etdiyi "Şəhidlər" adlı mahnının  musiqisi İsmayıl Əsədov, sözləri Zəminə Xınalıya məxsusdur. Klipdə Vətən müharibəsinin və şəhidlərimizin görüntüləri yer alıb.

Nigar Camal sosial şəbəkə hesabında duet barədə təəssüratlarını bölüşüb:

"Vətən müharibəsi zamanı hər kəs xalqa, vətənə faydalı olmağa çalışdı. Biz sənətçilər isə sənətimizlə dərdinizə şərik olmaq istədik. Əməkdar artist, sevimli sənətkar Aygün Bəylərlə növbəti duetimizi Vətən üçün canından keçən igidlərimizə həsr etdik”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər