Nigerdə partlayış və atışma: Prezident iqamətgahına hücum olundu

saytların hazırlanması

Evə çatdırılma

Nigerdə partlayış və atışma: Prezident iqamətgahına hücum olundu

Dünya

29 Avqust 2026 14:25 88


Nigerin paytaxtı Niamey şəhərində partlayış və atışma baş verib.

"Yeni Sabah" "Reuters"ə istinadən bildirir ki, kimliyi bəlli olmayan şəxslər Diori Amani adına beynəlxalq hava limanına hücum təşkil edib, eyni zamanda prezident iqamətgahının ətrafındakı təhlükəsizlik xəttini yarmağa cəhd göstəriblər.

Bundan əlavə, böyük hərbi obyekt olan "Baza 101"ə də hücum edilib. "Reuters"in təhlükəsizlik xidmətlərindəki mənbələri bildiriblər ki, hücum edənlərin bir qismi zərərsizləşdirilib, digərləri isə qaçaraq gizlənib. Agentliyin güc strukturlarındakı həmsöhbətləri hücum edən şəxsləri terrorçu kimi xarakterizə ediblər. Marqarita pizza

Ölkənin Məşvərət Şurasının üzvü Bana Vaqana İbrahim sosial şəbəkələrdə belə yazıb:

"Baza 101"ə növbəti qorxaqcasına hücum edildi və müdafiə, təhlükəsizlik qüvvələrimiz yenidən asayişi bərpa etdi. Vəziyyət nəzarət altındadır".

Qeyd edək ki, 2023-cü ilin iyul ayında Nigerdə prezident Mohammed Bazumun devrilməsi ilə nəticələnən hərbi çevriliş baş verib. Ölkə Mali və Burkina-Faso ilə birləşərək Sahel Dövlətləri Alyansını yaradıb. Hər üç ölkə qanunsuz qruplaşmalara qarşı mübarizəni davam etdirir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!