Populyar rep ifaçısı Niki Minaj musiqi karyerasının başa çatdığını elan edib.
“Yeni Sabah” xəbər verir ki, 36 yaşlı müğənni bu barədə “Twitter” səhifəsində yazıb.
Müğənni bildirib ki, karyerasından ailə həyatına görə imtina edir:
“Mən çıxıb getməyi və özümü ailəmə həsr etməyi qərara aldım. Uşaqlar, bilirəm ki, siz bundan çox məmnun qalacaqsınız”. pizza
Xatırladaq ki, Minaj indiyə kimi dörd tamformatlı studiya albomu buraxıb. O, ABŞ-ın ən nüfuzlu mükafatlarından birinin – “American Music Awards”ın laureatıdır. 10 dəfə “Grammy” mükafatına namizəd irəli sürülüb.
Telegram kanalımız