Nikol Paşinyan öz musiqi qrupunu yaratdı

saytların hazırlanması

Evə çatdırılma

Nikol Paşinyan öz musiqi qrupunu yaratdı

Siyasət

25 Yanvar 2026 21:55 818


Ermənistanın 50 yaşlı baş naziri Nikol Paşinyan öz musiqi qrupunun yaradıldığını elan edib. Qrup "Varçabend" adlandırılıb.

"Yeni Sabah" xəbər verir ki, o, özünün “Facebook” səhifəsində qrupun loqosunu və adını "Varçabend" olaraq paylaşıb. Ad ermənicə "premyer" və ingiliscə "band" sözlərinin ilk iki hecasından əmələ gəlib.

Yanvarın ortalarında Paşinyan qrupun ilk çıxışının yanvarın 30-da Yerevanda baş tutacağını açıqlayıb. O, konsertin keçiriləcəyi yerin təfərrüatlarının daha sonra açıqlanacağını və əvvəlcədən qeydiyyatdan keçməklə iştirakın mümkün olacağını bildirib. pizza hut

Paşinyanın musiqiyə marağı ötən il nəzərə çarpmağa başlayıb. 2025-ci ilin avqust ayında media onun və həyat yoldaşı Anna Akopyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirib. Daha sonra baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkilmiş videolarını paylaşıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!