“Nikolizmdən necə qurtulaq?” – Erməni nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Nikolizmdən necə qurtulaq?” – Erməni nəşri

Rəsmi

20 Sentyabr 2021 15:09 922


Nikol Paşinyanın sülh danışıqlarına çağırışları və Gorus-Qafan yolunda bir hissənin Azərbaycana məxsusluğunun etirafı erməni mediasında kəskin tənqidlər, hətta təhqirlərlə qarşılaşıb.

“Gorus-Qafan avtomobil yolunun 21 kilometrlik hissəsində azərbaycanlıların özünü sahib və direktor kimi hiss etməsi normal haldır. Əgər onlara aiddirsə, istədiklərini də edəcəklər. Təbii ki, bu faktı qəbul etmirik. Amma biz heç nəyə qərar verəsi durumda da deyilik. Qərar bu hissənin onlara aid olduğunu qəbul edən Baş nazir tərəfindən verilir. Bu qədər sadə!”

Yenisabah.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.

Erməni nəşri hesab edir ki, kabusa son qoymaq üçün Paşinyan və əlaltılarını rədd edilməlidir:

“Bir sözlə, nikolizmdən qurtulmalıyıq. Amma bu qurtuluşun necə olduğunu bilmirik. Nikolun özü belə rüsvayçı bir məğlubiyyətin simvolu olan şəxs kimi postunu tərk etmək fikrində deyil. Ondan Konstitusiya yolu ilə xilas olmaq da mümkün deyil, Konstitusiyaya zidd olan şəkildə də qurtula bilmərik. Ordu qərargahına güvəndik, məyus olduq. Təhlükəsizlik xidmətinə güvənməyə çalışdıq, yenə məyus olduq. Halbuki sonuncu müharibəyə görə o qədər cinayətlər var ki, bununla Nikolu həbs etmək kifayət edər. 

Yeri gəlmişkən, 2020-ci ilə nisbətən 2021-ci ildə dövlət büdcəsindən orduya ayrılan məbləğ 3,5 milyard dram olduğu halda, polisə 17,5 milyard dram dəyərində vəsait ayrılıb”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!