Niyam: “Vermeşil yeyən insan sənə necə qulluq edə bilər?!“

saytların hazırlanması

Evə çatdırılma

Niyam: “Vermeşil yeyən insan sənə necə qulluq edə bilər?!“

Şou

22 Dekabr 2022 17:36 1059


"Mən də fəhlə olmuşam. İstəmişəm ki, axşam kimsə məni metroya qədər aparıb, düşürtsün. Əziyyət çəkmişəm. Yuxu üçün ölmüşəm. Yenə səhər tezdən durub işə getmişəm".

Yenisabah.az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Sənətçi bəzi sahibkarların işçilərinə "yuxarıdan aşağı" baxmasına üsyan edib: Dominos pizza

"Əsəb keçirmişəm. Vermeşil yeyən insan sənə necə qulluq edə bilər, necə ayaq üstə qalıb, işləyə bilər? İşçiyə yuxarıdan aşağı baxmaq olmaz! Qab yuyana necə 15 manat pul vermək olar? Belə çıxır ki, fəhlənin hesabına milyonçu olmaq istəyirsən. Amma fəhləni işlədib, ona pul vermək istəmirsən. Sultan Süleymana qalmayan dünya, kimə qalacaq?"

Qeyd edək ki, Niyam Salaminin Bakı ətrafında böyük restoranı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!