Niyaməddin Musayevdən etiraf: “Bu mahnı mənim deyil“

saytların hazırlanması

Evə çatdırılma

Niyaməddin Musayevdən etiraf: “Bu mahnı mənim deyil“

Şou

12 Dekabr 2022 16:35 1367


“Mən bu mövzu ilə bağlı nəsə danışanda qalmaqal olur. Sözümü demişəm, mahnı kimindirsə, elə onundur. Buna əməl edirlər etsinlər, etmirlərsə, etməsinlər. Bu haqda heç nə danışmaq istəmirəm. Bilmirəm adımı bu mövzuda niyə hallandırırlar?! İşləri-gücləri yoxdur yəqin”.

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Niyaməddin Musayev “Gecələr” mahnısı ilə bağlı danışarkən bildirib.

O daha sonra əlavə edib: “Bu mahnı qarmon ifaçısı Zabit Quliyevindir. Bəhram özü də deyirdi ki, bu, onun mahnısıdır. Mahnını mənə Bəhram vermişdi. İlk ifaçısı mən olmuşam. Sonra Rəhilə Həsənova oxuyub. O məndən icazə aldı Dedim ki, oxu da”. Dominos pizza

Qeyd edək ki, bəstəkar Bəhram Nəsibovun oğlu Adil Nəsibov Kulis.az saytına açıqlamasında belə demişdi: “2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!