Norveç baş nazirindən təklif: “Ukraynaya 5 ildə bu qədər yardım ayrılsın“

saytların hazırlanması

Evə çatdırılma

Norveç baş nazirindən təklif: “Ukraynaya 5 ildə bu qədər yardım ayrılsın“

Dünya

06 Fevral 2023 16:58 600


Norveçin baş naziri Jonas Gahr Störe Ukraynaya humanitar və hərbi yardım göstərmək üçün beş il müddətinə hər il 7,3 milyard dollar ayırmağı təklif edib.

Yenisabah.az "The Local"a istinadla xəbər verir ki, baş nazir bildirib:

"Biz Norveçin Ukraynaya yardıma uzunmüddətli töhfə verməsini təklif edirik. Beş il ərzində Ukraynaya hər il 15 milyard kron, yəni ümumilikdə 75 milyard kron (7,3 milyard dollar) təklif edirik", - baş nazir bildirib. pizza sifarişi

Störenin sözlərinə görə, birinci il ərzində bu vəsaitin yarısının humanitar yardıma, digər yarısının isə hərbi sahədə yardıma xərclənməsi planlaşdırılır. Bu planın həyata keçirilməsi üçün parlamentdə səs çoxluğu ilə təsdiqlənməlidir.

Deputatların bu təklifi indiki formada təsdiqləyəcəyinə heç bir təminat yoxdur, çünki hökumət parlamentdə çoxluğa malik deyil. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!