Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək?

saytların hazırlanması

Evə çatdırılma

Noyabrın 1-dən ölkədə karantin rejimi ləğv ediləcək?

Sosial

20 Oktyabr 2022 10:26 1241


"Nə qədər pandemiya var, o qədər karantin rejimi davam edəcək. Karantin rejimi pandemiya ilə mübarizə aparmaq üçün tədbirlər kompleksidir. Ola bilər ki, karantin rejimi ləğv edilməsin, lakin məhdudiyyətlər kiçik formada qalsın".

Bu sözləri baku.ws-ə açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Professor hesab edir ki, quru sərhədlər və qapalı məkanlarla bağlı məhdudiyyətlər qüvvədə qala bilər: "Bunlar hamısı epidemioloji vəziyyətdən asılıdır. Hər şey ləğv edilə də, sərtləşdirilə də bilər. Lakin sərtləşdirmələrin olacağını düşünmürəm. Dünya Səhiyyə Təşkilatı (DST) nə qədər ki, pandemiyanın sonunu elan etməyib, o qədər karantin rejimi qalacaq. pizza hut

Hesab edirəm ki, pandemiya sonuna, öz qürubuna doğru gedir. Azərbaycan reallığında kollektiv immunitetin formalaşması ağır nəticələrə səbəb olacaq xüsusi dalğaların yaranmasını da mümkün etmir. Avqust-sentyabr aylarında yoluxmalar zamanı da gördük ki, ölüm və ağırlaşma sayı xeyli aşağı olub. Bu vəziyyət virusun zəyiflədiyini və pandemiyanın sona doğru getdiyini göstərir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!