Nura özünü 7 dəfə boşanan Seda Sayanla müqayisə etdi

saytların hazırlanması

Evə çatdırılma

Nura özünü 7 dəfə boşanan Seda Sayanla müqayisə etdi

Şou

25 Fevral 2026 11:36 384


Müğənni Nura Suri özünü türkiyəli ifaçı Seda Sayanla müqayisə edib.

“Yeni Sabah” xəbər verir ki, o, Seda Sayanın evlilik haqqında söhbətini öz sosial media hesabında paylaşıb.

Türkiyəli müğənni videoda bildirib: “O qədər ərə gedib-boşanıb", - deyirlər. Nə etmişəm ki?! Aktyorlar həftədə bir sevgili dəyişirlər. Mən də ərə gedirəm. Gündə bir sevgili dəyişənlər haqqında bəs niyə danışmırsınız?! Ayrılmaq üçün ərə getmirəm, amma alınmır. Ən azı övladımın qarşısına keçib "filankəslə bir evdə yaşamışam", - demirəm, "ərə getdim" deyirəm”. pizza

Nura görüntülərə “Məni deyir” şərhini verib.

Seda Sayan 7 dəfə boşanıb. 1 dəfə nişanlanıb və 3 il müğənni Mahsun Kırmızıgüllə sevgili olub. Nura Suri isə 3 dəfə boşanıb.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!