Nura Suri: Varlı olmaq qorxuludur

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri: Varlı olmaq qorxuludur

Şou

08 Yanvar 2026 14:33 459


“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı, pullu insanlarla dost olmaq prestij sayılırdı, pulla bir çox problemlər həllini tapırdı. İndi isə varlı olmaq qorxuludur”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Nura Suri sosial media hesabında yazıb.

İfaçı yaltaqlıq edən insanları qınayıb: Sezar pizza

“Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir. Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox.

Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan vaz keçsinlər.

Gedin yığdığınız pulları xeyirli işlərə xərcləyin - özünüzlə torpağın altına aparası deyilsiniz.

Heç olmasa ağac əkin ki, nəfəs ala bilək”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!