Nurəli Yusifbəyli KİMDİR? -   DOSYE

saytların hazırlanması

Evə çatdırılma

Nurəli Yusifbəyli KİMDİR? - DOSYE

Rəsmi

05 May 2026 16:37 327


Bu gün Prezident İlham Əliyev Sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib. 

“Yeni Sabah” yeni rektorla bağlı önəmli məlumatları təqdim edir:

Nurəli Adil oğlu Yusifbəyli 28 mart 1963-cü ildə anadan olub.

1980-cı ildə Kiyev Politexnik İnstitutunun (indiki Kiyev Texniki Akademiyası) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.

1986-1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb.

1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin baş direktorunun müavini vəzifələrində çalışıb.

2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrini icra edib.

Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olub.

2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyat və Sənaye Nazirliyinin Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.

2015-ci ildən Prezidentin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.

MDB üzv ölkələri Elektroenergetika Şurası Prezidentinin 20 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə “MDB-nin Əməkdar energetiki” fəxri adına layiq görülüb.

2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” fəxri adına layiq görülüb.

Azərbaycanın elektroenergetika sisteminin fəaliyyətinin və inkişafının elmi və layihə məsələlərinin tətbiqinin təkmilləşdirilməsində fəaliyyətinə görə 2011-ci ildə “Qızıl Buta” mükafatına layiq görülüb.

2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan nümayəndəliyi ilə birgə təşkil olunan innovasiya müsabiqəsində II yerə layiq görülüb. FAO-nun qiymətləndirməsinə əsasən I yerə layiq görülüb.

1990-1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun aspiranturasını bitirib. 1997-ci ildə “Mürəkkəb EES-də TAT qurğusunun qoyuluş qiymətlərinin tənzimlənməsi” mövzusunda namizədlik, 2004-cü ildə isə “Dispetçer İdarəçiliyinin yeni şəraitdə fəaliyyətinin nəzəri-metodik əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Texnika elmləri doktoru, professordur, 6 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 2 patent, 3 Azərbaycan Standartı və 140-dan çox elmi əsərin müəllifidir.

“ELECTRO-energetics-tecnnics-mechanics+control” Beynəlxalq Elmi-İstesalat jurnalının baş redaktorudur.

Azərbaycan Respublikası Prezidenti yanında AAK-da qeydiyyat nömrəsi ED 2.04 olan Dissertasiya Şurasının sədridir.

Azərbaycan MEA Energetika üzrə problem Şuranının sədr müavini və beynəlxalq “IEEE”(Institute of Electrical and Electronics Engineers) Cəmiyyətinin, "Проблемы энергетики" və “Applied Mathematics” jurnallarının redaksiya heyətinin və bir sıra elmi tədqiqat institutları elmi şuralarının üzvüdür.

1998-ci ildən pedoqoji fəaliyyətlə məşğuldur, 2003-cü ildən ATU-nun “İdarəetmə və Avtomatika” və 2016-cı ildən ADNSU “Elektoenergetika” kafedrasının professoru və "İstilik energetikası" kafedrasının müdiridir. ADNSU nəzdində D.02.142 Dissertasiya Şurasının sədr müavinidir.

Təhsil nazirinin əmri ilə 2021-ci ilin yanvar ayından AzTU-nun Tədris işləri üzrə prorektoru təyin olunub.

Ailəlidir, iki övladı var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!