Nüşabə Manafın həbsinə haqq qazandırdı: “Artıq söhbətlərə ehtiyac yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Nüşabə Manafın həbsinə haqq qazandırdı: “Artıq söhbətlərə ehtiyac yoxdur“

Şou

19 Fevral 2022 09:27 25271


Müğənni Manaf Ağayevin 15 sutka müddətinə həbs olunması ölkədə ciddi rezonans doğurub. Sənət adamları ard-arda bu məsələyə münasibət bildirirlər.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli də İnstaqram hesabında bu mövzuda paylaşım edib:

"Manaf Ağayev və Sənan dostumuz hər kəsə yardım edən insanlardır. Əgər bu gün bilmədən səhv edib, müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə gediblərsə, qanun nə tələb edirsə, o da olmalıdır. Füzuli həm Manafın, həm də Sənanın doğma rayonudur. Eybi yox, amma artıq söhbətlərə və şərhlərə ehtiyac yoxdur. Onlar Azərbaycan oğullarıdır. Qanun şahdır, vəssəlam. Heç kəs sevinməsin, onları sevirik, qəlbimizdədirlər. Qapıları açıq olsun". Pepperoni pizza

Qeyd ki, Manaf Ağayev və Sənan Hüseynov Füzuliyə icazəsiz səfər etdiyi üçün 15 sutka müddətinə azadlıqdan məhrum edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!