Rusiyanın Ukraynadakı ölü və yaralılarının sayı 200 minə yaxındır.
Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri etibarlı mənbələrinə istinadla məlumat verib.
ABŞ və digər Qərb ölkələrinin rəsmi hesablamalarına görə, Baxmut və Soledar uğrunda döyüşlərdə Rusiyanın itkiləri xeyli artıb. pizza
Rəsmi Moskvanın böyük qələbəyə ehtiyacı olduğu, o cümlədən Baxmutu bütün şərqi Donbassı ələ keçirməyin açarı kimi gördüyü üçün zəif təlim keçmiş yeni çağırışçılar və keçmiş məhbuslar cəbhə bölgələrinə göndərib. Nəticə etibarilə hər gün yüzlərlə hərbçi ölür və ya yaralanır.
Ukrayna tərəfi də eyni itkilərə məruz qalır.
Telegram kanalımız