“Nyukasl” azarkeşlərindən Azərbaycan xalqına təşəkkür

saytların hazırlanması

Evə çatdırılma

“Nyukasl” azarkeşlərindən Azərbaycan xalqına təşəkkür

İdman

19 Fevral 2026 15:36 376


İngiltərənin "Nyukasl" klubunun azarkeşləri Azərbaycan xalqına təşəkkür ediblər.

"Yeni Sabah" xəbər verir ki, bununla əlaqədar "Nyukasl"ın azarkeş qrupunun X sosial şəbəkə hesabında paylaşım mövcuddur.

Paylaşım UEFA Çempionlar Liqasının "Qarabağ" - "Nyukasl" oyununun (1:6) ertəsi günü - bu gün edilib.

"Son günlər ərzində göstərilən isti qarşılanma və qonaqpərvərliyə görə Bakıya, Azərbaycan xalqına təşəkkür edirik.

Gözəl şəhərdir və imkan düşərsə, hər kəsə mütləq ziyarət etməyi tövsiyə edirik. Bu, indiyədək çıxdığımız ən möhtəşəm səfər oldu", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Bakıda keçirilən oyunu 2000-a yaxın ingilis azarkeş stadiondan canlı izləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!