“O, Cabbar Musayevin sevgilisir“ iddiasına görə cəza

saytların hazırlanması

Evə çatdırılma

“O, Cabbar Musayevin sevgilisir“ iddiasına görə cəza

Şou

07 Avqust 2022 09:04 1585


Müğənni Nigar Qasımzadənin həmkarı Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətinə baxılıb.

Yenisabah.az qafqazinfo-ya istinadən yazır ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 8 ay 20 gün müddətə islah işləri cəzası təyin edilib.

Dəniz Əsədovaya hökm elan edilərkən onun üzərində müğənni-bəstəkar Cabbar Musayevin şikayəti əsasında təyin edilmiş hökm nəzərə alınıb və cəzaların toplanması qaydası tətbiq edilib. Dördpendirli pizza

Qeyd edək ki, daha əvvəl Cabbar Musayev Dəniz Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

D.Əsədova Cabbar Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib.

O, məhkəmədəki ifadəsində Cabbar Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib:

“Onlarla “İlkin Music” səsyazma studiyasında tanış olmuşam. Həmin studiyada 13 500 manat verərək çalışmışam və 1500 manatı isə Cabbar Musayevə müəllim kimi məni öyrətməsi müqabilində vermişəm. Bir gün C. Musayev gəlib 

Bundan sonra Nigar və Dəniz arasında münasibətlər kəskinləşib və onlar sosial şəbəkədə bir-birilərinin ünvanına sərt təhqir və ittihamlar səsləndirməyə başlayıblar.

Daha əvvəl Cabbar Musayev, sonra isə Nigar Qasımzadə Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət ediblər. Məhkəmədə D.Əsədovanın həmkarları barəsində səsləndirdiyi təhqir və söyüşlər əsas götürülüb. O, “TikTok” sosial şəbəkəsində canlı yayım vaxtı həmin ifadələri səsləndirərkən videoqeydiyyat proqramı vasitəsilə qeyd aparılıb.

Müğənni Dəniz Əsədovaya cəza təyin edilərkən onun himayəsində iki azyaşlı uşağının olması yüngülləşdirici hal kimi nəzərə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!