“O cür kişilərdən sevgi etirafı gəlsə, qəbul etmərəm” - Meyxanaçıdan sərt tənqid - Video

saytların hazırlanması

Evə çatdırılma

“O cür kişilərdən sevgi etirafı gəlsə, qəbul etmərəm” - Meyxanaçıdan sərt tənqid - Video

Şou

11 Fevral 2020 09:32 1372


“Şou-biznesin yaşlı kişilərinin saçını qaraltması mənə çatmır”

Yenisabah.az xəbər verir ki, bu açıqlamanı meyxanaçı Samirə Yusifqızı “Show news” verilişində verib. 

O, bəzi kişi müğənnilərin sifətinə gel vurub, selikon doldurmasını tənqid edib: Dominos pizza

“Selikonu, geli ora-buralarına doldururlar. Sir-sifətini elə günə qoyur ki, adam utanır baxmağa. Bu sənət mütləq saç qaralığı ilə bilinir? Yağışdan sonra çıxan göbələklər kimidirlər. Bu sənətdir, səhnədir gözəlliyi tələb edir, amma çox yox da, həddən artıq olmaz, müəyyən dərəcədə etmək olar. İndi müğənni qadınların çoxu eyni yanaqda, eyni dodaqdadır. Qaşları da döymədir. Gülürlər, üzləri tərpənmir. Üz qırışları insanın xatirəsidir. Qadınları bir kənara qoyaq. İndi kişi müğənnilər yanaqlarını şişirdirirlər. Üzlərinə silikonu, geli doldururlar. Baxırsan ki, qocadır, üzünü, saçını bir hala qoyub ki, adamın xoşu gəlmir. Qadın gözəl olmalıdır, kişi meymundan bir az fərqlənməlidir. Kişinin gözəlliyi ağ saçıdır. O cür kişilərdən sevgi etirafı gəlsə, qəbul etmərəm. Kişi də kişi olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!