“O, köhnə fikirli əsəbi qız kimidir” - Həbiblə Konor yenidən üz-üzə gələcək?

“O, köhnə fikirli əsəbi qız kimidir” - Həbiblə Konor yenidən üz-üzə gələcək?
Sent 12, 2019 11:28
Oxunma sayı: 105

UFC çempionu rusiyalı Həbib Nurməhəmmədovun Konor Makreqorla  yenidən qarşılaşa biləcəyi haqqında söz-söhbətlərə Həbibin meneceri meneceri Əli Əbdül Əziz aydınlıq gətirib.

“Yeni Sabah” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, revanşın baş tutmayacağını bildirib və Həbibin Konoru bir dəfə məğlub etməsini yada salıb:

“Konor heç kimi istəməyən köhnə fikirli əsəbi qız kimidir. İndi heç kim ona ehtiyac duymur. Onun haqqında danışmaq istəmirik. Niyə? Çünki Həbib artıq onu məğlub edib”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov irlandiyalı Konoru məğlub edərək UFC çempionu olub.

 

Yenisabah.az