“O məmurlar sürüşüb aradan çıxmaq istəyir” – Keçmiş icra başçısı

saytların hazırlanması

Evə çatdırılma

“O məmurlar sürüşüb aradan çıxmaq istəyir” – Keçmiş icra başçısı

Siyasət

05 Sentyabr 2022 10:41 2107


“Azərbaycanda bir tendensiya yaranıb: Vəzifədən uzaqlaşdırılan yüksək çinli dövlət məmurları tez bir zamanda ağır xəstəliyə düçar olurlar və bu xəstəliyin müalicəsini xarici dövlətlərin səhiyyəsində və klinikalarında axtarırlar”. 

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə keçmiş icra başçısı Musa Musayev deyib. O sual edib ki, Azərbaycanda səhiyyə yoxdurmu: 

“Bəyəm bizdə inkişaf etmiş səhiyyəmiz, müasir avadanlıqlarla təchiz olunmuş klinikalarımız və yüksək ixtisaslı, Hippokrat andına sadiq, and içmiş həkimlərimiz, tibb mütəxəssislərimiz yoxdur?  pizza

Görünən odur ki, bu məmurların torbasında pişik var. Odur ki,  onlar sürüşüb aradan çıxmaq istəyir. 

Ay hay: Sən saydığını say, gör fələk nə sayır ! Bilmirdiniz ki, hayla gələn, vayla gedər?! Başqalarının bədbəxtliyi üzərində qurulan  xoşbəxtliyin ömrü çox az olur”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!