“O qədər çirkinsən ki, ərin səni aldadır” - Şok mesaj

saytların hazırlanması

Evə çatdırılma

“O qədər çirkinsən ki, ərin səni aldadır” - Şok mesaj

Şou

19 Sentyabr 2020 20:42 4680


15 gün əvvəl ana olan Eylül Öztürk telefonuna gələn bir mesaja şok olub.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə fenomeninə tanımadığı biri "Ərin səni aldadır. O qədər çirkin bir qadınsan ki, ərin pulun üçün səninlədir" sözlərini göndərib.

Öztürk 2017-ci ildə Barış Kenan Öztürklə nikah masasına oturub. Aleks adında bir oğlu olan Eylül bir neçə gün əvvəl ikinci övladını qucağına alıb. Cütlüyün xoşbəxtliyinə mane olmaq istəyənlər isə az olmayıb. Pepperoni pizza

34 yaşındakı fenomen mesajın göndərildiyi nömrəni araşdırmaq üçün polisə şikayət edib. Mesaj ingilis dilində yazılıb. 

"Elə bil ki, Kənanın öz pulu yoxdur. Bu cür hallara baş qoşmuram. Çünki özümə və ərimə əminəm. İlk dəfə belə mesaj gələndə və siləndə hamilə idim. İndi yenə eyni formada mesaj yazdılar. Əvvəlki nömrəni qara siyahıya atmışdım. İndi başqa bir nömrədir. Mesaja hələ bir "Axmaq Kənan səni atmadı?" sözü də əlavə edilmişdi" deyə, Eylül bildirib.

O əlavə edib ki, qarşı tərəfə "Sizə yazığım gəlir" cavabını yazıb.  /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!