“O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə...” - Prezident

saytların hazırlanması

Evə çatdırılma

“O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə...” - Prezident

Siyasət

05 Yanvar 2026 19:55 3419


Azərbaycan xalqına Yeni il təbrikimdə də demişdim ki, bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır".

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı müsahibə zamanı Bayden-Blinken administrasiyasının nə qədər naşükür olduğunu da xatırladıb:

"O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin".

Prezident İlham Əliyev bildirib ki, hazırda da ABŞ-də hakimiyyətdə həmin administrasiya olsaydı, onların bir xahişi də yerinə yetirilməyəcəkdi.

Müsahibənin tam versiyası yaxın saatlarda yerli televiziya kanallarında yayımlanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!