“Oğlanlarımız Tanyanı, Olqanı gətirib arvad edirlər” - Narazılıq

saytların hazırlanması

Evə çatdırılma

“Oğlanlarımız Tanyanı, Olqanı gətirib arvad edirlər” - Narazılıq

Sosial

06 Mart 2023 12:06 750


“Sevgi sərhəd tanımır. İnsan sevib seçdiyi, bəyəndiyi istənilən şəxslə ailə həyatı qura bilər. Əlbəttə mən çox istərdim ki, Azərbaycanlı qızlar öz millətimizin nümayəndələri ilə ailə qursunlar. Çünki bu zaman anlaşmaq, dil tapmaq daha asan olar. Yəni, bir-birimizin halına, xasiyyətinə bələdik, eyni mental dəyərləri daşıyırıq, eyni dildə danışırıq. Bu baxımdan Azərbaycanlı qızların Azərbaycanlı oğlanlarla ailə həyatı qurması daha məqbuldur”.

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib. 

Onun sözlərinə görə, amma əgər qız sevibsə, könül veribsə başqa xalqların nümayəndələri ilə də ailə həyatı qura bilər: “Buna görə qızları ittiham etmək doğru deyil. Necə olur azərbaycanlı gedib rusla, ingilislə, amanla, fransızla ailə həyatı qura bilir, Tanyanı, Olqanı evinə gətirib özünə arvad edə bilir, amma hansısa qızımız başqa millətlərin nümayəndələri ilə izdivaca girəndə onu ittiham edirik?!”. pizza mizza

Seymur Verdizadə sözlərinə belə davam edib: “Bu ikili standartdır, doğru yanaşma deyil. Əgər bu izdivacın kökündə saf məhəbbət, sevgi dayanıbsa, onu alqışlamaq lazımdır. Amma hansısa izdivacın kökündə, evliliyin təməlində şəxsi maraqlar, mənfəət, pul, yaxşı yaşamaq həvəsi və digər maddiyyat dayanıbsa bu zaman həmin evliliyin ömrünün uzun olacağına mən inanmıram. Çünki bu təmənnalı evlilikdir. Burada tərəflər xoşbəxtlik yox, maddiyyat axtarışına çıxmış sayılırlar. Təbii ki bu cür evliliklər uzun ömürlü ola bilməz.

Bəzən isə gənclər vətəndaşlıq almaq üçün yəni, Azərbaycandan getmək, fərqli mühitə düşmək üçün başqa xalqların nümayəndələri ilə nigaha girməyə üstünlük verirlər. Bəzən də elə olur ki, valideynləri, qardaşları, bacıları, qohumları onları bezdirir, yaxud burada uğurlu karyera qura bilmirlər, yaxud hansısa bir səhvlərini cəmiyyət onlara bağışlamır, ictimai qınaq güclü olur, özlərini rahat hiss etmədiklərinə görə sırf ölkəni tərk etmək xatirinə izdivaca girənlər var. Təbii ki bu da yenə təmənnalı evlilik sayılır.

Mən evliliyin təmənnasız sırf sevgi və ali hisslər üzərində qurulmasının tərəfdarıyam və bu cür evlilikləri alqışlayıram. Həmin gənclərə də xoşbəxtlik və sevgilərini pula, var-dövlətə dəyişməməyi, həmişə öz sevgiləri uğrunda sonadək mübarizə aparmağı arzu edirəm”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!